Yunanıstanın Korfu adası yaxınlığında yanan bərədə qalmış yüzlərlə insanın xilasetmə əməliyyatı davam edir.
İtaliya bayrağı altında üzən “Norman Atlantik” bərə gəmisindən insanlar Yunanıstan və İtaliyanın xilasetmə komandaları tərəfindən hava yolu ilə xilas edilir.
Yunanıstan və İtaliyanın yanğın söndürən gəmiləri Adriatik dənizindən yanğının baş verdiyi yerə yola düşüb.
Yunanıstanın Gəmiçilik naziri Miltiadis Varsitsiotis pis hava şəraiti, xüsuisilə də saatda 88 kilometr sürətlə əsən küləyə görə xilasetmə işlərinin gedişinə mane olduğunu deyib.
Bərə gəmisi bazar günü Korfu adasından 80 kiometr məsafədə olduğu zaman yanğın haqda siqnal göndərməyə başlayıb. Gəmi Yunanıstanın qərbində Patrasdan İtaliyanın Ankona şəhərinə üz tutmuşdu.