Yunanıstanda pensiyalar azaldılır

Greece Bailout

Yunanıstan qanunvericiləri Avropa kreditorlarının təxminən 100 milyard dollarlıq xilas paketinin müqabilində tələb etdiyi mübahisəli pensiya və vergi islahatları paketini təsdiq edib.

Qanuna əsasən həmçinin Yunanıstan iki ən böyük kreditoru- Avropa İttifaqı və Benyəlxalq Valyutan Fondunun tələbinə əsasən 2018-ci ilədək büdcə 3,5 faizlik büdcə gəliri əldə etməlidir.

Bazar ertəsi keçirilən səsvermədə bir neçə min insan yeni qanuna etiraz etmək məqsədilə Afina küçələrinə çıxıb. Tənqidçilər qanunun işçi gəlirlərini məhv edəcəyini deyir.

Bəzi etirazçılar parlament binasını müafizə edən polislərə yandırıcı bomba atıb, polis isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Səsvermədən bir neçə saat sonra Brüsseldə avro valyutasından istifadə edən 19 avrozona ölkəsinin maliyyə nazirləri fövqəladə görüş keçirəcək. Onlar Yunanıstanın islahat səylərini müzakirə edəcək və Afinanın iyuladək ödəmə edə biləcəyinə dair təminatlar əldə etməyə çalışacaq.

Ötən il baş nazir Aleksis Tsipras Avropa Birliyinin 98 milyard dəyərində xilas paketinin şərtlərini qəbul edib. Bu razılıq Yunanıstan iqtisadiyyatının tamamən çökməsinin və ölkənin Avropa İttifaqından çıxarılmasının qarşısını almaq məqsədi daşıyırdı.

Amma son dörd ildə Yunanıstanı nağd pulla təmin edən bu üçüncü xilas paketinin şərtləri əmək qruplarının etirazına və cümə günü Afinada başlayan ikigünlük kütləvi aksiyalara səbəb olub.