Yunanıstanda bankların fəaliyyəti bərpa olunub

Almaniya kansleri Angela Merkel Yunanıstanın borclarının bir hissəsini silmək təkliflərini rədd edib

Yunanıstanda banklar üç həftədə ilk dəfə olaraq bazar ertəsi yenidən açılıb.

Bank müştərilərinin gündə 65 dollar əvəzinə, həftədə bir dəfəyə 455 dollar pul çıxarılmasına icazə verilib. Pulların xaricə köçürülməsinə tətbiq olunan qadağa isə qüvvədə qalır.

Almaniya kansleri Angela Merkel Yunanıstanın borclarının bir hissəsini silmək təkliflərini yenə də rədd edib.

Lakin o həmçinin bildirib ki, Yunanıstanın ən böyük kreditoru olan Almaniya yeni xilas paketi ətrafında danışıqların uğurla başa çatması üçün əlindən gələni edəcək.

Afinada Yunanıstanın Baş naziri Aleksis Tsipras yeni çətinliklərlə üzləşir. Onun administrasiyası yeni kredit müqabilində Avropa kreditorlarının tələb etdiyi şərtlərin təsdiq olunmasını gözləyir.