Yunanıstanda son 5 həftə ərzində səhm birjasının ilk dəfə açılması ilə səhmlərin dəyəri kəskin şəkildə enərək, 23 faiz dəyər itirib.
İki saatdan sonra dəyərlər bir qədər qalxmaqla 19 faiz təşkil edib.
Hökumət səhm birjasını iyun ayının sonunda banklarla bərabər bağlayıb. Ölkənin borclarına görə banklardan pul çəkilişinə məhdudiyyətlər tətbiq edilib.
Yunanıstan Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu ilə yeni kredit razılığı əldə etdikdən sonra iyul ayının 20-də bankların fəaliyyətini bərpa edib.
Kapitala nəzarət hələ də qüvvədədir. Hökumət kreditorlarla 94 milyard dollarlıq xilas paketinin müzakirəsini davam etdirir.