Ukrayna müxalifət lideri Yuliya Timoşenko bu gün həbsdən azad edilib. O, 2011-ci ildə həbs ediləndən sonra həbsinin böyük hissəsini keçirdiyi Penitensiar Xidmətin hospitalından azadlığa buraxılıb.
Viktor Yanukoviçin əsas rəqibi olan sabiq baş nazir saxlandığı Xarkov hospitaldan çıxandan sonra avtomobillə şəhərin mərkəzinə hərəkət edərək tərəfdalarını əl yelləyib.
Xanım Timoşenko ilk açıqlamasında xalqa "Diktatura çökdü" deyə müraciət edib.
Daha sonra Xarkov Kiyevə gələn sabiq baş nazir Azadlıq meydanında on minlərlə tərəfdarı qarşısında çıxış edib. "Hamınız qəhrəmansınız, siz Ukraynanın ən yaxşılarısınız" deyərək göz yaşlarını saxlaya bilməyib.
O, həmçinin nümayişlər zamanı həlak olanların da xatirəsini yad edib.
Bu gün səhər saatlarında isə paytaxt Kiyevdə nümayişçilər Viktor Yanukoviçin ofisini ələ keçiriblər.