Ukraynanın hakimiyyətindən sui-istifadə ittihamı ilə üzləşən müxalifət lideri Yuliya Timoşenko cümə günü məhkəmə qarşısına çıxarılacaq. Sabiq baş nazirin müdafiəsi komandasına Covington & Burling şirkətinin hüquqşünasları da daxildir. O, 2009-cu ildə Rusiya ilə qaz razılığı imzalamaqda ittiham edilir. Rəsmilər xanım Timoşenkonun razılığa imza atması üçün təsdiq əldə etməli olduğunu deyir. O, həm də Rusiyadan olduqca baha qaz alışına görə günahlandırılır. Yuliya Timoşenko ittihamların siyasi motivlərə əsasalndığını və bunun prezident Viktor Yanukoviçin müxalifəti əzmək kampaniyasının bir hissəsi olduğunu bildirir. Timoşenko dövründə nazirlər kabinetində çalışan bir neçə adam həbs edilib.