Yuliya Timoşenko bu gün məhkəmə qarşısına çıxarılıb

  • Amerikanın səsi

Yuliya Timoşenko bu gün məhkəmə qarşısına çıxarılıb

Ukraynanın hakimiyyətindən sui-istifadə ittihamı ilə üzləşən müxalifət lideri Yuliya Timoşenko bu gün məhkəmə qarşısına çıxarılıb. O, müdafiəsinə prezident Yanukoviçin tənqidi ilə başlayıb. Timoşenko prezidenti onu siyasətdən uzaqlaşdırmaq cəhdində günahlandırıb. Sabiq baş nazirin müdafiəsi komandasına Covington & Burling şirkətinin hüquqşünasları da daxildir. O, 2009-cu ildə Rusiya ilə qaz razılığı imzalamaqda ittiham edilir. Rəsmilər xanım Timoşenkonun razılığa imza atması üçün təsdiq əldə etməli olduğunu deyir. O, həm də Rusiyadan olduqca baha qaz alışına görə günahlandırılır. Yuliya Timoşenko ittihamların siyasi motivlərə əsaslandığını və bunun prezident Viktor Yanukoviçin müxalifəti əzmək kampaniyasının bir hissəsi olduğunu bildirir. Timoşenko dövründə nazirlər kabinetində çalışan bir neçə adam həbs edilib.