Yəməndə minlərlə insan hökumətin keçid planına dəstək məqsədi ilə nümayiş keçirib. Digərləriisə bunun kifayət etmədiyni bildirib. Paytaxt Sanada hökumət tərəfdarları “Konstitusional legitimlik cüməsi”, müxalifət isə “Şəhidlərin anım cüməsi” adı ilə yürüş keçirib.
Associated Press-n məlumatına görə, müxalif koalisiya və hökumət arasında əldə edilən razılığa ziddiyyətli reaksiyalar verilir. Körfəz Əməkdaşlıq Şurasının vasitəçiliyi ilə əldə edilən razılıq prezident Əli Abdulla Salehin hakimiyyəti müavininə təhvil, 30 gün ərzində istefa verməsini nəzərdə tutur. Sənədə əsasən müxalifət nümayəndələri də daxil edilməklə, yeni birlik hökuməti təşkil edilməlidir.