Tibb işçiləri bildirirlər ki, Yəmən prezidenti Əli Abdulla Salehə sadiq qoşunlar paytaxtda nümayişçilərə atəş açaraq dörd nəfəri öldürmüş, onlarla insanı yaralamışlar. Səna şəhərində baş verən bu günkü atışma nümayişçilər cənab Salehin istefasına çağırışlarla yürüş edən anda baş verib. Dünən paytaxtda prezident Salehin tərəfdarları ilə müxalifət qüvvələri arasında baş verən toqquşmada azı səkkiz nəfər həlak olmuşdu. Bundan başqa bazar günü prezidentə sadiq qoşunların nümayişçilərə atəş açmaları nəticəsində dörd nəfər həlak olub.