İsrail təhlükəsizlik qüvvələri ötən ay Qərb Sahilində yəhudi ailəsini qətlə yetirməkdə şübhəli bilinən iki fələstinlini həbs ediblər.
İsrailin Şin Bet təhlükəsizlik agentliyi bildirir ki, tutulan şəxslər İtamar məskunlaşma məntəqəsində Fogel ailəsinin üzvlərini öldürdüklərini etiraf ediblər.
Martın 11-də baş verən hücumda yaşlı cütlük və onların üç övladı qətlə yetirilmişdi. Öldürülənlər sırasında dörd yaşlı uşaq və üç aylıq körpə var idi.