Keçən il Rusiyanın Çelyabinsk şəhərində 23 km yüksəkliktə partlayan meteoritin orijinal ölçüsü 18 metr, çəkisi isə 10000 ton olaraq müəyyən edilib. Əgər o insanların məskunlaşdığı əraziyə düşsəydi, yəqin ki, bütün şəhəri məhv edərdi. Xoşbəxtlikdən meteorit göydə parçalandı və qrıntıların çoxu Çebarkul gölünə düştü.
Avstryanın Vyana şəhərində yerləşən Nüvə Silahlarının Sınaqdan Keçirilməsinə Qadağa təşkilatı bildirir ki, yer kürəsinə düşən meteoritlərin sayı bilinəndən daha çoxdur.
Akustika mütəxəssisi Pierrik Mialle Skype vasitəsilə danışıb
Pierrik Mialle: Əgər meteoritlər atmosferə daxil olursa və güclü hava partlayışları meydana gətirirsə biz bunları stansiyaların bəzilərində qeydə alacağıq.
Təşkilat dünya boyu seysmik, hidrostatik, ultrasəs və radioaktiv sensor şəbəkələri vasitəsi ilə Nüvə Sınağına Qadağa qaydalarını pozanlara nəzarət edir.
2000 və 2013-cü illər arasında yer kürəsinə böyük meteoritlərin daxil olması nəticəsində 26 güclü partlayış qeydə alınıb. Meteorit zərbələrinə nəzarət edən B612 təşkilatı onlardan azı dördünün Hiroşimanı məhv edən nüvə bombası qədər güclü olduğunu təxmin edib.
Güclü səslə yanaşı partlayış çox uzun məsafələr qət edə biləcək, insanların eşitmə diapozonu xaricində aşağı tezlikli infrasəs meydana gətirir.
2013-cü ilin fevral ayında baş verən Çelyabinsk meteoritinin partlayışı Nüvə Silahlarının Sınaqdan Keçirilməsinə Qadağa təşkilatının Antarktika stansiyasında da qeydə alınıb.
Pierrik Mialle deyir ki, dinləmə stansiyaları dördü böyük olmaqla 15 yüksək texnologiya sensorlarına malikdir.
Pierrik Mialle: Onlar mikro barometr adlanır çünki onlar atmosferin mikro titrəyişini ölçürlər. Bu, böyük mikrofona oxşayır, sadəcə membran yoxdur, yəni səsi yaymır.
Mialle deyir ki, partlayışlardan bəzilərini aşkar etdikdən sonra dərhal müəyyən etmək çətindir.
Pierrik Mialle: Məsələn, ilk dəfə bizdə daha sonra Sakit Okeanın Super Arabası adlandığımız bu var idi. İlk bir neçə həftə sadəcə bir şey məlum idi, Sakit Okeanda böyük hadisə baş verib. Ancaq biz bunun nə olduğunu bilmirdik.
Komissiya meteoritləri izləmək üçün NASA kimi digər təşkilatlarla əlaqə saxlayır. Bu onlara daha sonra müəmmalı partlayışın meteorit nəticəsində baş verdiyini təsdiqləyir.
Nüvə Silahlarının Sınaqdan Keçirilməsinə Qadağa təşkilatının 337 stansiyası tamamlandıqdan sonra dünya boyu nüvə partlayışlarına və atmosferdə digər güclü səslərə nəzarət etmək mümkün olacaq.