Kayl Ruddik və Brendon Littmanın çəkdiyi “Yer kürəsində bir gün” adlı sənədli film dünyanın bütün ölkələrdəki insanların bir günlük həyatından bəhs edir. 2010-ci il oktyabr ayının 10-da müxtəlif ölkələrdən 15 mindən çox insanın yardımı ilə çəkilən filmdə məhəbbət, doğum, müharibə və ölümdən bəhs edilir.
“Mən “Yer kürəsində bir gün” filminin təsisçisi və direktoru Kayli Ruddekam: "Yer üzərində bir gün filmi musiqidən ilham alıb. Siz bütün dünya xalqlarının musiqisinin bir yerə toplayanda bu bir ideyanın yaranmasına gətirib çıxarar və bununla da mənim ideyamda olduğu kimi bir gün ərzində filmin çəkilməsinə nail olmaq olar.”
Filmin direktoru Kayl Ruddik insaların ona çəkib göndərdikərini kəşf etdiyini deyir. O, insanların hər gün baş verən yeniliklərlə qarşılaşdıqlarını və əvvəllər heç vaxt dünyada olmadığın və görmədiyin gözəllikləri aşkar etyini deyir.
Filmin prodüseri Brendan Litnam: “Mənim adım Brendan Litnamdır. Mən "Yer kürəsində bir gün" filminin prodüseriyəm. Dünyanın müxtəlif yerlərində film çəkmək çox sayda dost və tanış tələb edir. Biz BMT, Qırmızı Xaç və Qırmızı Aypara kimi təşkilatlar, GHT-lər və rejissorlarla təmas qurmaq üçün gecə-gündüz çalışmışıq. Nəticədə filmin çəkilişində 15 mindən çox insan iştirak etdi.”
Filmin direktoru Kayl Ruddik deyir ki, o, insanların bu filmi izləyəcəyinə və qarşılıqlı bağlılığı görəcəyinə ümid bəsləyir.