Yer Kürəsi Günü - "Yerə bir çöp də atmayın!" [Video]

Your browser doesn’t support HTML5

Son araşdırmaların nəticələri göstərib ki, dünya boyu hər bir kişi, qadın və uşağın payına təxminən bir tona yaxın plastik tullantı düşür. Müdafiəçilər bu böyük problemin kiçik bir addımdan başladığını deyirlər. Onlar qarşıdan gələn “Yer Kürəsi Günü” münasibətilə insanlardan “Yerə bir çöp də atmayın” deyə, müraciət edirlər.

Demək olar ki, hər bir içki plastik çubuqla gəlir. Lakin siz fikirləşirmisiniz ki, sonra onlar haraya gedir?

Dünya boyu zibillər arasında plastik çubuqlar daha çox olur.

Qeyri-hökumət təşkilatı olan “Okeanın Qorunması” 30 ildən artıqdır təmizlik işləri ilə məşğuldur. “Zibilsiz Dənizlər Proqramı”ndan Sara Kollar: “30 ildən çoxdur dünya boyu könüllülər sahillərdən, su yollarından 10 milyon tona qədər plastic çubuq və qarışdırma üçün əşyalar toplayıb."

Qrupun dediyinə görə, okeanda olan 150 milyon tona qədər müxtəlif plastic əşya sahilləri, meşələri, hətta insan yaşamadığı məntəqələri belə zibilləyir. Və hər il 8 milyon ton zibil suya atılır.

“Qapalı Çevrə Tərəfdaşları” təşkilatından olan Bricet Krok bu problemin Cənub-Şərqi Asiyada kimi sahil ölkələrdə sürətlə artdığını deyir. “Bunun iki səbəbi var – Birincisi zibilin emal olunması üçün infrastruktur yoxdur."

İnkişaf etməkdə olan ölkələrin çoxunda zibilin toplanıb yenidən emal edilməsi sistemi yoxdur. Onun sözlərinə görə, ikinci səbəb birdəfəlik istifadə qablaşdırmalarının əsasən keyfiyyətsiz olmasıdır.

Yalnız plastik butulkaların qaydalara uyğun istehsal edildiyi deyilir. “Bu zibillərin qeyri-rəsmi toplama yolları da var. Həmin insanlar zibillərin arasında sata biləcəkləri qiymətli əşyalar axtarır” deyə, Bricet Krok bildirir.

“Qapalı Çevrə Tərəfdaşları” qablaşdırma və tərkar emal üçün bəzi böyük şirkətlərə yardım göstərir. Bu arada isə Sara Kollar və "Okean Qorunması" təşkilatının cəmiyyətə mesajı var: Plastik çubuqlardan istifadə etməyin. “Çoxumuz içkini plastik çubuqsuz da içə bilərik. Təkcə bu çubuqların sayını azalda bilsək çimərliklərimizə çıxan bu tullantıların həcmini əhəmiyyətli şəkildə azalda bilərik.”

Alternativ yol isə bunu yuyula bilən və yenidən istifadə edilə bilən metal çubuqlarla əvəz etmək. Kolların sözlərinə görə, bu addım problemin tam həlli olmasa da yaxşı başlanğıc hesab edilə bilər.

Ümid odur ki, insanlar plastikdən mümkün qədər az istifadə etmək haqda düşünməyə başlasınlar.