Yeniyetmə qız həmyaşıdlarına komyuter kodlaşdırması öyrədir [Video]

Your browser doesn’t support HTML5

Yeniyetmə qız həmyaşıdlarına kompyuter kodlaşdırması öyrədir

Kompyuter elmi sahəsindəki işlər Birləşmiş Ştatlarda ən sürətlə artan və yüksək maaşlı iş yerlərinə çevrilib. Amma buna baxmayaraq əksər tələbələrin məkəbin son sinflərindən və ya universitetdən öncə kompyuter dərsləriolmur. Kompyuter kodları ilə maraqlanan bir məktəb çagirdi uşaqları kodlaşdırma ilə maraqlanmaya təşviq etmək və elə gəlcəkdə də bu sahədə də işləmək istəyir. Sveta Prabakaran bu yaxınlarda səylərinə görə Ağ Ev tərəfindən şərəfləndirilib.

Məncə gənc yaşlardan kompyuter elmi sahəsində tədris almaq çox vacibdir çünki gənc yaşda daha yaradıcı və açıq-fikirli olur. Ona görə də onlar daha çox öyrənə, bunu edərkən də əylənə bilər.

Şənbə günü 30-a yaxın ibtidai məktəb şagirdi Vaşinqton yaxınında bir yerli kitabxanada toplaşır. Onların hər birinin diqqəti önlərindəki laptoplardadır.

“Bu kurs əladır, çox maraqlıdır. Mən proqlamlaşdırmanı, uzun kodlar yazmağı öyrəndim. Bunu edə bilmək isə çox gözəldir.”

Kurs Sveta Prabakaranınn təsis etdiyi Everybody Code Now! Qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. O, Virciniyada yerləşən dəqiq elmlər və texnologiya təmayüllü Thomas Jefferson məktbinin 11-ci sinif şagirdidir. Prabakaran və digər könüllü şagirdlər belə dərsləri tez-tez təşkil edir.

“Məncə gənc yaşlardan kompyuter elmi sahəsində tədris almaq çox vacibdir çünki gənc yaşda daha yaradıcı və açıq-fikirli olur. Ona görə də onlar daha çox öyrənə, bunu edərkən də əylənə bilər."

Prabakaran deyir ki kodlaşdırma onun 9-cu sinifdə kompyuter elminə təqdimat dərsində xoşuna gəlib.

“Sadə dillə desək kodlaşdırma –kompyuterə nə etməli olduğunu deməkdir. Mən özüm şagird olsam da, minlərlə insana təsir edə biləcək bir applikasiya düzəldə bilərəm. Mənim kompyuter elmini sevməyimə səbəb bu cür səlahiyyətimin olması və yaradıcılığımdan, fantaziyamdan və ideyalarımdan istifadə edib başqa insanlara təsir göstərəcək bir şeylər yarada bilməyimdir.

Prabakaran təxminən bir il öncə gənc çagirdlərə kodlaşdırma öyrətməyə başlayıb, çünki o öz həvəsini digərlərinə də ötürə biləcəyinə inanır. Hazırda onun qeyri-kommersiya təşkilatı 12 ştatda məktəblərlə əməkdaşlıq edir.

Endryu Quneter 7 yaçlı qızını bu kursa gətirib.O düşünür ki, təməl proqramlaşdırmanı öyrənmək üçün ən yaxşısı tez başlamaqdır.

Burada əsas olan uşaqlara problem barədə təqnqidi düşünmək qabiliyyətini gəlişdirmək və mümkün həll yollarını nəzərdən keçirib məsələni həll etməyin mexanizmlərini inkişaf etdirməkdir.

“Məncə burada əsas olan uşaqlara problem barədə təqnqidi düşünmək qabiliyyətini gəlişdirmək və mümkün həll yollarını nəzərdən keçirib məsələni həll etməyin mexanizmlərini inkişaf etdirməkdir.”

15 yaşlı Sveta Everybody Code Now-un təsisçisi kimi bu yaxınlarda Ağ Ev tərəfindən “Dəyişiklik Tərəfdarı” adı ilə təltif olunan 11 gənc qadının sırasına daxil olub.

“Biz Hindistan, Qana, Banqladeş və bir sıra digər ölkələr daxil olmaqla bütün dünyadakə tərəfdaşlarla danışıqlar aparırırq. Biz bu dərsləri bütün dünyadakı uşaqlara əlçatan etməyə ümid bəsləyirik.”