Uçan avtomobillər gözlənildiyindən tez reallaşa bilər

Siz heç uçan avtomobillə tıxacı arxada qoyaraq tələsdiyiniz məkana vaxtında çatmaq haqqında düşünmüsünüz?

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsidə bildirir ki, ixtiraçılar bu arzunu reallığa çevirmək üzərində çalışır və görünən odur ki, bu ideya gözlənildiyindən tez reallaşacaq.

“ABŞ startapı olan “Joby Aviation”, “Airbus”, “Google”, Çinin “Ehang” və Slovakiyanın “AeroMobil” şirkətləri uçan avtomobil üzərində çalışır. İxtiraçıların fikrincə, bu kiçik təyyarələr, tixac olan şəhərlərdə insanların vaxtına çox qənaət edəcək”.

Məlumatda deyilir ki, bu ideyanın reallaşmasında xeyli maneə də var.

“Misal üçün, bir çox qərarverici qurumlar bu təyyarələrin təhlükəsizliyi haqqında tərəddüd edirlər. Həmçinin, bu təyyarələrin havada ikən bir-biri ilə toqquşma problemini aradan qaldırmaq və batareya ilə çalışan bu avtomobillərin enerji saxlama mexanizimlərini təmin etmək kimi suallar da ortaya çıxır. Hazırda NASA batareya ilə çalışan təyyarə modeli və təyyarələrin idarəedilmə sistemləri üzərində çalışır və texnologiya yeniliyi üçan avtomobillərin də enerji saxlama problemini aradan qaldıracaq”, xəbərdə deyilir.