Prezident yeni hökumətin tərkibini təsdiq edib

Prezident İlham Əliyev

Müdafiə, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi nazirləri dəyişib
Prezident İlham Əliyev yeni hökumətin tərkibini təsdiq edib. Müdafiə, əmək və əhalinin sosial müdafiəsi nazirləri yeni hökumətin tərkibindən çıxarılıb. Bundan öncə kənd təsərrüfatı naziri olan İsmət Abasov Baş nazirin müavini təyin edilib. Baş nazirin daha bir yeni müavini YAP-ın icra katibi Əli Əhmədovdur.

Beləliklə, Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilib:

- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

- Azərbaycan Respublikası Baş nazirinin müavini – Abid Qoca oğlu Şərifov;

- Azərbaycan Respublikası Baş nazirinin müavini – Elçin İlyas oğlu Əfəndiyev;

- Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov (YAP icra katibi);

- Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Əli Şamil oğlu Həsənov;

- Azərbaycan Respublikası Baş nazirinin müavini – İsmət Dursun oğlu Abasov (keçmiş kənd təsərrüfatı naziri) ;

- Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

- Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Hüseynqulu Seyid oğlu Bağırov;

- Azərbaycan Respublikasının energetika naziri – Natiq Ağaəmi oğlu Əliyev;

- Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Səlim Yanvar oğlu Müslümov (Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri);

- Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

- Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;

- Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

-Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri – Şahin Abdulla oğlu Mustafayev;

- Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Heydər Xanış oğlu Əsədov (Hesablama Palatasının keçmiş sədri);

- Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

- Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri – Əbülfəz Mürsəl oğlu Qarayev;

- Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri – Eldar Əhməd oğlu Mahmudov;

- Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov (Daxili Qoşunların keçmiş komandanı);

- Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;

- Azərbaycan Respublikasının nəqliyyat naziri – Ziya Ərzuman oğlu Məmmədov;

- Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri – Əli Məmməd oğlu Abbasov;

- Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;

- Azərbaycan Respublikasının təhsil naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

- Azərbaycan Respublikasının vergilər naziri – Fazil Əsəd oğlu Məmmədov;

- Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;

- Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri – Nazim Hüseyn oğlu İbrahimov;

- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Elşad Hüseyn oğlu İskəndərov;

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Aydın Əli oğlu Əliyev;

- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Arif Mikayıl oğlu Vəliyev;

- Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Abbas Abbas oğlu Ələsgərov;

- Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – Qərib Şamil oğlu Məmmədov;

- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

- Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri – Rüfət Cəbrayıl oğlu Aslanlı;

- Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri – Ramiz Ayvaz oğlu Həsənov;

- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Firudin Hilal oğlu Nəbiyev;

- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

- Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov;

- Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi – Qüdrət Qəmbər oğlu Qurbanov;

- Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru – Fuad Hidayət oğlu Quliyev;

- Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi – Ataxan Əvəz oğlu Paşayev.