Yeni Zelandiya koronavirusun qarşısını aldığını bildirib

Yeni Zelandiyanın baş Naziri Casinda Ardern bazar ertəsi ölkəsində yeni koronavirusun yayılmasının qarşısının alındığını elan edib.

Ardern bu açıqlamanı ölkənin səhiyyə direktoru Eşli Blumfildin Yeni Zelandiyada xəstəliyə yoluxan son adamın müalicə olunduğunu və COVID-19-a yeni youxma hallarının olmadığını bəyan etməsindən bir neçə saat sonra verib. Blumfield son yoluxma halı barədə xəbərin 17 gün əvvəl xəbər verildiyini və fevral ayının sonundan bəri ilk dəfə heç bir yoluxma halının qeydə alınmadığını deyib.

Blumfield bu mərhələni "əlamətdar mərhələ" adlandırıb, lakin COVID-19-la bağlı sayıqlıq göstərilməsinin davam etdirilməsinin vacibliyini qeyd edib.

Ardern Səhiyyə Nazirliyinin məlumatına əsaslanaraq, bazar ertəsi jurnalistlərə mart ayından bəri Yeni Zelandiyada tətbiq olunan dörd mərhələli karantin sisteminin ən aşağı, birinci səviyyəyə endirildiyini, sərhədləri bağlı saxlamaqla, toplaşma və məcburi sosial məsafə qaydalarının aradan qaldırıldığını bildirib.

Ardern koronavirusun ilk dəfə Yeni Zelandiya sahillərinə çatdığı zaman əsas xidmətlərdən başqa bütün iqtisadi fəaliyyətləri bağlayaraq, ümummilli karantin tətbiq etdi.

May ayından başlayaraq tədricən alış-veriş mərkəzləri, kinoteatrlar, restoran və məktəblərin yenidən açılmasına imkan verildi, tikinti işləri və daxili səyahətlərə qoyulan qadağalar qaldırıldı.

Beş milyon əhalisi olan Yeni Zelandiyada koronavirusa cəmi 1,154 yoluxma və 22 ölüm halı qeydə alınıb.