Martın 29-da Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.
“İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur,” Operativ Qərargah bildirir.
Azərbaycanda indiyədək koronavirusa yoluxanlardan 3 nəfər ölüb, 23 nəfərin vəziyyəti ağır qiymətləndirilir.