Yeni İl gecəsi bıçaqla hücumda şübhəli bilinən şəxs nəzarət altındadır

Polis Yeni İl gecəsi Mançesterdə üç nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxsin Britaniyanın psixi xəstəlik qanununa əsasən həbsdə saxlandığını bildirib.

Buna baxmayaraq, polis insidentlə bağlı terror hücumu kimi təhqiqatı davam etdirir. Şahidlərin bildirdiyinə görə, şübhəli hücum edərkən “Allah” qışqırıb.

Çərşənbə axşamı şübhəlinin evində polis tərəfindən axtarış aparılsa da, nə aşkar edildiyi aydın deyil.

Bıçaq yarası alan bir qadın və bir kişi hələ də xəstəxanada müalicə olunur. Hadisədə xəsarət alan üçüncü nəfər, çiynindən bıçaq yarası alan polis zabiti isə artıq müalicə olunub və xəstəxanadan çıxıb.