http://www.youtube.com/embed/eOE6WuizaTU
İkinci Dünya Müharibəsi dövründə amerikalı qaradərili döyüş təyyarə pilotlarının gerçək hekayəsi “Star Wars” filminin yaradıcısı Corc Lukası “Red Tails” filmi üzərində işləməyə həvəsləndirdi.
İkinci Dünya Müharibəsində iştirak edən milyonlarla amerikalı arasında olan qaradərili əsgərlər irqi baxımdan ayrı-seçkiliyə məruz qalaraq, ayrı ordu korpusunda xidmət göstərməli olur və əsasən arxa cəbhədə işləyir.
Lakin peşəkar pilotlara olan böyük ehtiyac və o zaman insan hüquqları fəallarının siyasi təyziqləri nəticəsində 1941-ci ildə yalnız qaradərili pilotlardan ibarət eksperimental bir eskadron yaradıldı.
Alabama təlim mərkəzində təlim keçdikləri üçün Taskaqili ləqəbi ilə tanınan bu qaradərili pilotların idarə etdiyi Avropa döyüş təyyarələrinin quyruğu bilərəkdən qırmızı rəngə boyadılmışdı ki, nasistlər qaradərili pilotlar tərəfindən vurulduqlarını bilsinlər.
Bogeys inbound 12 o`clock. “Red Tails” layihəsi Corc Lukasın çoxdankı arzusu idi. O, 20 ildir studiyaları belə bir film çəkməyə inandırmağa çalışırdı. Lakin sonda o özü filmin istehsalına 58, kinoteatrlarda yayımlanmasına isə 35 milyon dollar xərcləməli oldu. Hollivud studiya rəsmiləri bu filmin tamaşaçıları maraqlandırmayacağını düşünərək, filmin çəkilişinə vəsait ayırmayıb.
Corc Lukas: “Star Wars” kimi bu film də döyüş səhnələri ilə zəngin bir filmdir. Burada həyəcanlı döyüş səhnələri var. Amma əslində film maraqlı bir səfərə çıxıb qəhrəman kimi geri qayıdan bir neçə qaradərili gənc haqdadır.”
Taskaqi eskadronunun çox az sayda sağ qalmış pilotu filmin çəkilişi üçün mühüm və lazımı məsləhətlər verib. Onlardan biri Rosko Braundur. O deyir ki, film mühüm bir mesajı çatdırır.
Rosko Braun: “İrqi ayrı-seçkilik Amerika tarixində qara bir ləkədir və biz bu ləkənin təmizlənməsinə kömək etdik”
Taskaqilı pilotların qəhrəmanlığı 1948-ci ildə Amerika ordusunda irqi ayrı-seçkiliyin aradan qalxması və Konqres tərəfindən pilotların qızl medallarla təltif edilməsi ilə nəticələndi.