Yeni dezinfeksiyaedici cihazlar

Your browser doesn’t support HTML5

COVID-19 pandemiyası başlayandan bəri mikroblara qarşı mübarizə aparan iki yeni ixtiraya tələb artıb.

COVID-19 əsasən havadakı hissəciklər vasitəsilə yayılırsa da, bu pandemiya çox sayda insanın toxunduğu əşyalara həssaslığı artırıb.

İnsanların xəstəxanalarda və gözləmə otaqlarında qələmləri bir-biriləri ilə paylaşmaları uzun zamandır həkim Brayan Uindi narahat edir.

“Onlara potensial xəstənin isitfadə etdiyi qələm verirlər,” o deyir.

O, qələmləri ultrabənövşəyi şüa ilə dezinfeksiya edən qələm dispenseri ixtira edib.

“Bu, hədəf olunan bakteriya və ya virusun DNT və RNT-sini ayırır,” Dr. Brayan Uind deyir.

“Çirkli qələm yuxarı hissəyə qoyulur. Qələmin hər tərəfi ultrabənövşəyi şüa ilə şualanır. Daha sonra isə cihaz qələmi kağız dəsmal dispenseri kimi bayıra atır,” o əlavə edir.

Qələm dispenseri üzərində klinik sınaq keçirilib.

“Onlar cihazın ortaq qələmlərdəki ümumi virusları azaltmaqda 99.99 effektiv olduğunu aşkar etdilər,” Dr. Uind bildirir.

O ümid edir ki, məktəblər, hava limanları və qələmlərin ortaq istifadə olunduğu başqa hər yerdə bu cihazdan istifadə olunacaq.

Bu arada isə Aleks Horvat diqqətini mikrobların çox olduğu başqa bir əşyaya yönəldib. Bu da qapı tutacaqlarıdır.

“Mən həmişə qapılara, xüsusən də izdihamlı yerlərdə ayaqyolularda qapı tutacaqlarına toxunmaqdan iyrənirdim,” o deyir.

İsveçrə Federal Texnologiya İnstitutunda tələb ikən o, hər istifadədən sonra öz-özünü dezinfeksiya edən batareya ilə işləyən qapı tutacaqları ixtira edib.

“Hər dəfə qapıya toxunandan sonra üzərindəki halqa onun üzərini təmizləyir,” Horvat bildirir.

“Onun içində maqnit var,” o deyir.

Halqanın içində süngər var. Onun da içində anti-bakterial maye.

İxtiraçılar təcili olaraq insanların bir arada olub, eyni zamanda isə mikroblardan qorunmalarının yollarını axtarırlar.