Yəməndə intiharçı hücumu polis akademiyasını hədəf alıb

Səna şəhərində polis akademiyasına edilən intiharçı hücumu 22 kursantın həyatına son qoyub.
Yəmən təhlükəsizlik rəsmiləri paytaxt Səna şəhərində yerləşən polis akademiyasına intiharçı hücumu nəticəsində ən azı 22 nəfərin öldüyünü bildirir.

Rəsmilər partlayışın dərs gününün sonunda polis kursantlarının binanı tərk etdiyi vaxt baş verdiyini, hadisə zamanı onlarla adamın yaralandığını bildirib.

Hələlik məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməyib.

Keçən il keçmiş prezident Əli Abdulla Salehə qarşı demokratik hərəkat başlamamışdan öncə Əl-Qaida ilə əlaqəli yaraqlılar Abyan əyalətində bir neçə şəhərə basqın ediblər. Onun varisi Abid Rəbbo Mənsur Hadi ABŞ-nı dəstəyi ilə may ayında həmin əraziləri geri almaq üçün hərbi hücuma başladı.

May ayının 21-də yaraqlılar Səna şəhərində parad zamanı bomba partladaraq 96 əsgəri öldürmüşdülər.