Yəmənin cənubunda Ədən liman şəhərində intiharçı hücumu nəticəsində 4 nəfər həlak olub. Hücum hökumət tərəfdarı qüvvələrlə Huti üsyançıları arasında atəşkəs razılığının ikinci gününə təsadüf edib.
Bomba şəhərdə orduya yeni qoşulan bir qrup əsgərin arasında partladılıb. Ədən hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın köməyi ilə Hutiləri şəhərdən çıxarandan sonra mərkəzi hökumətin əsas qərargahına çevrilib. Ancaq Yəməndə qeyri-sabitliyə səbəb olan Əl-Qaidə yaraqlılarının da Ədənin bir hissəsinə iddia etməsi olub.
Gələn həftə hökumət qüvvələri ilə Hutilər arasında sülh danışıqlarına vasitəçilik edəcək Birləşmiş Millətlər Təşkilatı onları danışıqlar üçün müsbət zəmin hazırlamaq üçün düşmən addımları dayandırmağa çağırıb.
Hutilər Yəmən paytaxtı Sənanı 2014-cü ilin sentyabrında ələ keçirsə də, ötən ilin martında üsyançılar Ədənə doğru irəliləyərək prezident Əbdu Rabu Mansur Hadini Səudiyyə Ərəbistanına qaçmağa məcbur etdikdən sonra münaqişə regional xarakteri alıb. Belə ki, Səudiyyə Hadilərə qarşı hava hücumları həyata keçirmək məqsədilə koalisiya yaradıb və daha sonra hərbi əməliyyatları quru qoşunları ilə genişləndirib.
Dünən BMT sözşüsü deyib ki, atəşkəs əldə olunandan sonra dəfələrlə zorakılıqlar qeydə alınıb. Döyüşlərin böyük əksəriyyəti Taiz şəhərində baş verib.
Yəmən münaqişəsi zaman 6200-dən çox insanın həlak olduğu bildirilir.