Yəmənin cənubunda Huti üsyançıları və hökumət tərəfdarı qüvvələri arasında toqquşma zamanı onlarla adam həlak olub və yaralanıb. Taiz şəhərində zorakılıqlar tərəflər arasında bazar günü axşam atəşkəsin bitməsinə bir gün qaldığı bir vaxt baş verib.
Toqquşmalar nəticəsində 12 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Yəmən hökuməti toqquşmalara səbəbin üsyançıların şəhərin bir neçə məhəlləsində artilleriya atəşləri açması olduğunu bildirib.
Huti üsyançılar Səudiyyə Ərəbistanı ilə beş gün sürəncək atəşkəsə dair razılıq imzalayıb. Səudiyyə Ərəbistanı mart ayından başlayaraq sürgündə olan prezidenti Əbd Rabbi Mənsur Hadiyə dəstək olaraq militant qrupa qarşı haca hücumları kampaniyası keçirirdi.
Ər-Riyad Huti üsyançılarını dəfələrlə atəşkəs rejimini pozmaqda ittiham edib.
Yəməndə başlayan daxili siyasi münaqişə onun sərhədlərindən xarici yayılaraq, İranın Huti üsyançılarını dəstəkləməkdə ittiham edildiyi, Səudiyyə Ərəbistanın isə sərhədi keçərək hərbi müdaxiləyə başladığı regional münaqişəyə çevrilib. inanılır.
İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi şənbə günü çıxışında Yəmən də daxil olmaqla regionda “əzilən insanlara” dəstək verməyə davam edəcəyini bildirib.