Yəməndə vəba halları azalır, lakin epidemiya davam edir

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə vəba hallarının kəskin azaldığını bildirir. Lakin BMT-nin agentliyi xəbərdarlıq edir ki, epidemiyanın sona çatmasına hələ çox var. Təşkilat xəstəliyin yayılması və gələcəkdə yeni halların baş verməsinin qarşısının alınması üçün daha çox səy göstərilməsinə ehtiyac olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə vəba hallarının son 14 ayda bir milyon həddinə çatdığını bildirərək, bunun tarixdə ən ağır vəba epidemiyası olduğunu təsdiq edib.

Xəstəliyə tutulanlarının sayının çox yüksək olmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Yasareviçin bildirdiyinə görə, ölənlərin sayının 2227 nəfər olması aşağı göstəricidir.

“Biz bir milyon nəfərdən danışırıq, amma bunu bilmək vacibdir ki, bu, xəstə olan bir milyon insan demək deyil. Bu gün onların 97 faizi sağ qalıb və müalicə olunub”, o bildirib.

Yasareviç deyib ki, son üç ayda bir həftə ərzində yoluxma halları kəskin azalıb. Lakin o xəbərdarlıq edib ki, insanlar ayıqlıq göstərməli və özlərini qorumalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının sözşüsünün bildirdiyinə görə, xəstəliyin qarısının alınması və gələcəkdə yeni yoluxma hallarının baş verməməsi üçün hamı birgə iş aparmalıdır.

Biz bir milyon nəfərdən danışırıq, amma bunu bilmək vacibdir ki, bu, xəstə olan bir milyon insan demək deyil. Bu gün onların 97 faizi sağ qalıb və müalicə olunub.
Tarik Yasareviç

“Ümumdünya Səhiyyə Təşkilatı susuzlaşdırmanın müalicə olunması mərkəzlərini dəstəkləyir, eləcə də müşahidə, aşkar edilmə və müalicəni davam etdirir. Vəba epidemiyasının başladığı vaxtdan biz müalicə mərkəzləri yaratmaq, təchizat çatdırmaq, ictimai səhiyyə sahəsində tövsiyələri yaymaq, səhiyyə işçilərinə təlim vetmək və xəstəliyin qarşısının alınması üçün icmalarla iş aparmaq yolu ilə on minlərlə insanın həyatını xilas edə bilmişik”, o bildirib.

Bu müsbət qiymətləndirməyə baxmayaraq, Yazareviç deyib ki, Yəməndə vəziyyət ciddi olaraq qalır və epidemiyanın hər zaman yenidən baş qaldırması mümkündür.

Onun sözlərinə görə, yardım işçilərinin ölkənin müəyyən yerlərinə getmək imkanından məhrum olması və Səudiyyə Ərəbistanının Yəmənin su və quru limanlarını blokada etməsi vəziyyəti ağırlaşdırır. O deyib ki, bu, insanların həyatını xilas etmək üçün lazım olan peyvəndlərin, dərmanların və tibbi ləvazimatın gətirilməsinin qarşısını alır.