Yəmənin nazirlər kabineti ölkədə fəaliyyətə başlayır

Yəmənin nazirlər kabinetinin üzvləri aylardır Səudiyyə Ərəbistanında sürgündə olduqdan sonra ölkəyə dönüb.

Yəmən hökumətinin sözçüsü deyib ki, nazirlər cənub liman şəhəri Ədəndə ölkədə sabitliyi bərpa etmək məqsədi ilə işə başlayacaq.

Prezident Abdu Rabu Mənsur Hadinin geri dönəcəyi gözlənilmir.

O, bu ilin əvvəli Şiə Huti üsyançıları onun Ədəndəki iqamətgahını mühasirəyə aldıqdan sonra Yəməni tərk edib.

İranın dəstəklədiyi qrup bir il əvvəl paytaxt Sananı zəbt etdikdən sonra çoxsaylı qruplar Yəməndə nəzarəti əla almaq uğrunda mübarizə aparır.