Yəməndə tələbələr prezidentin istefası tələbilə nümayiş keçirib

  • Amerikanın səsi

Yəməndə tələbələr prezidentin istefası tələbilə nümayiş keçirib

Yəmən paytaxtı Sənada mindən çox tələbə prezident Əli Abdulla Salehin istefası tələbilə bir həftədən artıq sürən nümayişləri davam etdirib. Prezident Salehin təqribən 50 tərəfdarı da nümayiş keçirib. Bundan öncəki günlər cənab Salehin iqtidar partiyası və müxalifət arasında dialoq keçirmək çağırışlarına baxmayaraq, tərəflər arasında toqquşma baş vermişdi. Prezident Saleh bu gün müxbirlərə deyib ki, dialoq fikir ayrılıqlarına son qoyulmasının ən yaxşı yoludur. Prezident Saleh həmçinin söz verib ki, nə özü, nə də onun oğlu 2013-cü ildə onun prezidentlik müddəti bitdikdən sonra hakimiyyət uğrunda mübarizə aparmayacaq. Cənab Saleh 1978-ci ildən hakimiyyətdədir.