Yəmən prezidentinin ölkəyə qayıtdığı bildirilir

Yəmən prezident Abdu Rabu Mənsur Hadi

Yəmən hava limanının rəsmiləri prezident Abdu Rabu Mənsur Hadinin altı ay sürgündə qaldıqdan sonra ölkənin cənubundakı Ədən şəhərinə gəldiyini bildirib.
Hadi bu ilin mart ayında şiə Huti üsyançılarının onun Ədəndə sığınacağını mühasirəyə almasından sonra Səudiyyə Ərəbistanına qaçmışdı.

Keçən həftə Yəmənin nazirlər kabineti bir neçə ay Səudiyyə Ərəbistanında qaldıqdan sonra ölkəyə qayıdıb. Ədən şəhərinin ətrafında qərargahlaşan Nazirlər kabineti ölkədə sabitliyin bərpasına çalışır.

Yəmənlə bağlı daha bir xəbərdə Səudiyyə Ərəbistanının başçılığı ilə hrbi təyyarələrin paytaxt yaxınlığında həyata keçirdiyi hücum zamanı tibb mənbələrin verdiyi məlumata görə 20 nəfərin öldürüldüyü bildirilir Şahidlərin bildirdiyinə görə, reyd zamanı üsyançıların nəzarətində olan Sənad İranın dəstəklədiyi Hutilər hədəf alınıb.

Bu arada, Fransa xəbər agentliyi ABŞ-ın pilotsuz idarə edilən təyyarələrinin Marib şəhəriyaxınlığında hücumu nəticəsində Əl-Qaidənin üzvü olduğundan şübhələnilən iki nəfərin qətlə yetirildiyi haqda məlumat verib. Bir rəsminin Fransa xəbər agentliyinə bildirdiyinə əsasən, raket həmin şəxslərin maşınını vurub.

Birləşmiş Ştatlar Əl-Qaidənin Yəməndə fəaliyyət göstərən qrupuna qarşı mütəmadi olaraq hava hücumları keçirir.

Huti üsyançılarının paytaxt Sənanın nəzarətinin ələ keçirməsindən sonra Yəməndə nəzarət uğrunda bir sıra qruplar arasında mübarizə gedir. Döyüşlər və Səudiyyə Ərəbistanının başçılğı ilə Huti üsyançılarına qarşı hava hücumları mülki vətəndaşlar da daxil olmaqla 4 min 500-dən çox insan həyatını itirməsi ilə nəticlənib və ölkədə humanitar böhranına gətirib çıxarıb. Yəmənlilərin çoxunun ərzaq və tibbi yardıma ehtiyacı var.