Yəmənin hökumət qüvvələri ilə separatçılar arasında qarşıdurma olub

Qırmızı Xaç təşkilatının bildirdiyinə görə, Yəmənin cənubunda hökumət qüvvələri ilə separatçılar arasında baş verən döyüşlər zamanı azı 36 nəfər ölüb, 200 nəfərə qədər insan yaralanıb.

Prezident Əbd Rəbbu Mənsur Hadi döyüşçüləri dövlət çevrilişinə cəhddə günahlandırıb və atəşkəsə çağırıb.

Döyüşlər prezident Hadinin separatçıların Yəmənin baş naziri Əhməd Obeyd Bin Dageri korrupsiyada ittiham edərək, onun işdən azad edilməsi tələbini rədd etməsindən sonra başlayıb.

Prezident Hadini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin sözçüsü separatçıları təmkinli olmağa, hökuməti isə onların "siyasi və social tələblərini" dinləməyə çağırıb.

2014-cü ildə Huti üsyançıları paytaxt Sənanı ələ keçirərək, Hadini Səudiyyə Ərəbistanına qaçmaq məcburiyyətində qoymasındən sonra bütün Yəmən qarışıqlıq içindədir.

Hökumətin ölkəni Ədəndən idarə etdiyi müddətdə Hadi Səudiyyə Ərəbistanında qalmaqda davam edirdi.