Pilotsuz təyyarə Yəməndə üç Əl-Qaidə militantını öldürüb

Yəməndə pilotsuz təyyarə Ərəbistan yarımadasındakı Əl-Qaidə qrupunun 3 üzvünü öldürüb. Rəsmilərin bildirdiyinə görə, hücum maşını hədəf alıb. Şahidlər hücum nəticəsində maşının alovlandığını deyir.

2012-ci ildən bəri Yəməndə ABŞ-ın pilotsuz döyüş təyyarələri onlarla hücum həyata keçirib.

Bu ölkənin cənub bölgələri prezident Əli Abdulla Salehin devrilməsindən sonra Əl-Qaidə yaraqlılarının nəzarəti altındadır.

Yaraqlılar vaxtaşırı kamikadze və digər hücumlarla rəsmiləri hədəf alır.