Huti üsyançıları Səudiyyə Ərəbistanının paytaxtına raket atdığını deyir

Yəmənin Huti üsyançıları Əl-Riyaddakı Yamama sarayının hədəf alındığını deyərək, Səudiyyə Ərəbistanının paytaxtına raket atıb.

Artıq üç ilə yaxınıdr Huti üsyançılarına qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə çərşənbə axşamı həyata keçiriləcək hücum cəhdinin qarşısının alındığını bildirib.

Dövlət mediası itki olmadığını bildirib.

Keçən ay həyata keçirilən raket hücumundan sonra koalisiya Yəmənə havadan, qurudan və dənizdən girişi müvəqqəti bağlayıb.

Əl-Riyad İranın hutiləri silahla təmin etməsinin qarşısının alınması üçün belə bir addımın vacib olduğunu bildirib və Tehranın davranışını müharibə aktı adlandırıb.

Səudiyyə Ərəbistanının hava limanına hücum İranın istehsal etdiyi raketlə edilmişdi.

Səudiyyə Ərəbistanı İranı aeroporta hücum etmək məqsədilə Huti üsyançılarını raketlə təmin etməkdə ittiham edbi. İran isə üsyançıları silahlandırdığını rədd edərək, hücumla heç bir əlaqəsi olmadığını iddia edib.