Yəməndə hərbi qüvvələrə məxsus avtobus partladılıb

Bu gün səhər tezdən Yəmənin paytaxtı Səna şəhərində hərbi avtobusa edilən hücum zamanı azı 2 əsgər ölüb, 10 əsgər isə yaralanıb. Partlayşın hərbçilərin işə getdiyi zaman baş verdiyi deyilir.

Hadisənin məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin Əl-Qaidə yaraqlıları Yəmənin təhlükəsizlik qüvvələrinə qarşı tez-tez hücumlar həyata keçirir. Yəməndə fəaliyyət göstərən Ərəbistan Yarımadasında Əl-Qaidə kimi tanınan qrup dünyada ən aktiv şəbəkələrdən sayılır.

Yəmənin təhlükəsizlik rəsmilərinin Associated Press agentliyinə bildridiyinə görə, bombanın avtobusun içində və ya yol kənarında yerləşdirilməsi ilə bağlı istintaq aparılır.