Yəmənin cənubunda döyüşlər 12 əl-Qaidə yaraqlısı və ordunun iki əsgərinin ölümülə nəticələnib

  • Amerikanın səsi

Yəmənin cənubunda döyüşlər 12 əl-Qaidə yaraqlısı və ordunun iki əsgərinin ölümülə nəticələnib

Yəmən rəsmiləri ölkənin cənubunda hərbi toqquşmalar zamanı 12 əl-Qaidə döyüşçüsü və Yəmən ordununun 2əsgərinin öldüyünü bildirir. Döyüşlər əl-Qaidənin istinadgahı olan Abyan vilayətinin paytaxtı Zincibarın ətrafında baş verib. Döyüşçülər Zincibar və Mey şəhərlərinin nəzarətini may ayında ələ keçirib. Zincibar sakinlərinin əksəriyyəti zorakılıqlardan qaçaraq Ədəndə sığınacaq tapıb.