Yəmənin hərbi qüvvələri Zincibar şəhərini ələ keçirmiş yaraqlılarla döyüşür

  • Amerikanın səsi

Yəmənin hərbi qüvvələri Zincibar şəhərini ələ keçirmiş yaraqlılarla döyüşür

Yəməndə hökumət qüvvələri və ölkənin cənubundakı Zincibar şəhərini ələ keçirmiş əl-Qaidə yaraqlıları olduğundan şübhələnilən qüvvələr arasında toqquşmalar zamanı beş mülki vətəndaşın həlak olduğu bildirilir. Şahidlərin verdiyi məlumata görə, Yəmənin Əbyan vilayətinin paytaxtı olan Zəncibarda hökumət qüvvələri və yaralıqlılar arasında atışma olub. Onlar əl-Qaidə yaraqlılarının cümə günü şəhərə daxil olaraq, hökumətə müəssisələrini ələ keçirdiyini və əsgərlərlə döyüş apardığını bildiriblər. Rəsmilər və sakinləri şəhəri tərk edib. Yəmənin aparıcı müxalifəti prezident Əli Abdulla Salehi bütün dünyanı o, hakimiyyətdə qalmadığı halda, ölkənin əl-Qaidənin nəzarətinə keçəcəyi ilə qorxutmaq məqsədilə Zincibarı yaraqlıların ixtiyarına buraxmaqda ittiham edir.