Amerikanın Azәrbaycandakı sәfiriri öz iqamətgahında Azərbaycanda Amerika Günləri festivalı çərçivəsində Corctaun Universitetinin imamı Yәhya Hendinin şərəfinə qәbul təşkil edib.
Səfir Robert Sekuta deyib ki, imam Azərbaycanda dini mövzularda məruzələr edir, müzakirәlәr aparır.
Fətullah Gülənin Amerikada islam icmasına təsiri mümkün düyil.
İmam Yəhya Hendi
“İmam Yəhya Hendinin tәmsil etdiyi Corctaun Universiteti ABŞ-ın ilk vә әn qәdim katolik universitetidir. Buna baxmayaraq universitetlərdə bütün dinlәrә hörmәtlә yanaşılır və dini tolerantlıqla bağlı zәngin tәcrübәyә malikdir”, cənab Sekuta qeyd edib.
İmam Yәhya Hendi çıxışına qadın hüquqlarının müdafiəsinin vacibliyi ilə başlayıb və feminist imam olduğunu diqqətə çatdırıb. Onun fikrincə, qadınlar dövlətdə və dində qərarverici səviyyələrdə təmsil olunmalıdır.
“Dünyadakı bütün münaqişәlәrdә әsas zәrәr çәkәnlәr qadınlar vә uşaqlardır. Qadınları ictimai hәyatdan tәcrid edәnlәr islam adından danışmamalıdır. Ailә zorakılığının әleyhinә çıxıram. Qadınlar üçün təhsil ocaqlarının qapıları açıq olmalıdır. Təhsilli qadın cəmiyyətin və ailənin idarə olunmasında daha bacarıqlıdır”.
İmam Yaxın Şərq münaqişələrindən danışarkən deyib ki, ismarıcları zorakılıqla deyənlər dinin adından danışa bilməz.
“Biz dindarlar hamılıqla zorakılığıa "yox" sülhә "hә" deyirik. Dindarlar dünyada әdalәtin tәrәfdarıdır".
Azәrbaycanla Ermәnistan arasında sülhün carçılarından biri mәn olacağam.
İmam Yəhya Hendi
Yəhya Hendi suallara cavabda Azәrbaycanın işğal olunmuş ərzailərinin azad olunması üçün çalışdığını deyib.
"Azәrbaycanla Ermәnistan arasında sülhün carçılarından biri mәn olacağam. Hәr iki ölkәnin dini liderlәri bölgәdә sülhün carçıları ola bilәr. Dinlәr bir-birindәn uzaq deyil”.
İmam Yəhya Hendi Fətullah Gülən hərəkatı ilə bağlı suala cavabda deyib ki, Fətullah Gülənin Amerikada islam icmasına təsiri mümkün düyil.
“Amerikada islam icmasının 38 faizini afrikalılar, 35 faizə qədərini Pakistan, Hindistan və digər Asiya ölkələrindən olanlar, 18 faizə qədərini ərəblər, yerdə qalan faizini isə başqa ölkələrdən olanlar təşkil edir, Bu halda Gülənin rəhbərlik etdiyi icmanın ümumi islam icmasına təsirinin nə qədər olduğunu görə bilərsiniz”, o qeyd edib.