Onlar Mingəçevir şəhərində təbliğatla məşğul olublar
Mingəçevir şəhərində (Bakıdan 326 kilometr qərb) yerli polis iyunun 8-də şəhər sakini Asif Bəkirova məxsus evdə “Yəhova şahidləri” dini təriqətinin təbliğ edilməsini müəyyən edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə evə baxış zamanı 22 nəfər saxlanılıb, təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb. Saxlananlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev izahatları alındıqan sonra azad buraxılıb.
Dini təriqət nümayəndələrinin saxlanmasının səbəbləri ilə bağlı dini cəmiyyətlər və rəsmi dövlət qurumları münasibət bildirməyib. “Yəhova şahidləri” icması Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmayıb.