İki yəzidi qadın Avropa Parlamentinin Saxarov mükafatına layiq görülüb

2014-cü ildə İŞİD tərəfindən ələ keçirilən iki yəzidi qadın Avropa Parlamentinin Saxarov mükafatına layiq görülüb.

Nadiyə Murad və Lames Hacı Bəşər radikal islamçı qrup tərəfindən seks qulları kimi istifadə edilən minlərlə qadın arasında olub. Onlar Sinjar yaxınlığındakı kənddən aparılmışdı.

Bu qadınlar İslam Dövlətinin nəzarətində olan regionda qadınların müdafiəsi naminə başlatdıqları hərəkata görə seçilib.

Onlar yəzidilərin kütləvi şəkildə qətlinin genosid kimi tanınmasına çağırır.

İŞİD yəzidi dinini şeytan dini adlandırır.

1989-cu ildə vəfat edən sovet aliminin adını daşıyan Saxarov mükafatına hər il insan haqları müdafiəçiləri təltif edilir.