Azərbaycan yay vaxtına keçir

Saat

Bu gecə saatlar bir saat irəli çəkiləcək
Martın 30-da Azərbaycan yay vaxtına keçəcək. Belə ki, 4.00-da saat əqrəbləri 1 saat irəli çəkiləcək. Bu barədə Dövlət Standartlaşdırma və Metrologiya Komitəsi məlumat yayıb.

Yay vaxtına keçid ilk dəfə 1908-ci ildə Böyük Britaniyada enerji resurslarına qənaət edilməsi məqsədilə tətbiq edilib.

Yay vaxtına keçidin tənqidçiləri bunun insan orqanizminə mənfi təsir göstərdiyini və iqtisadi baxımdan üstünlüyünün sübuta yetirilmədiyini bildirir.