Yaxın Şərq və Avropada ilin ilk günəş tutulması müşahidə edilir

Yaxın Şərq və Avropada ilin ilk günəş tutulması müşahidə edilir

Səma seyrçiləri Yaxın Şərq və Avropada ilin ilk günəş tutulmasını müşahidə edirlər. Mövcud olduğu coğrafi məkandan asılı olaraq görüntü fərqli ola bilər. Astronomlar deyirlər ki, ən dramatik görüntü İsveç üzərində müşahidə olunur. Burada günəşin 85 faizi tutulub. Lakin buludlu havalar Britaniyada və başqa ölkələrdə tutulmanı seyr etməyə mane olub. Günəş tutulması ayın Yer kürəsi ilə günəş arasından keçdiyi zaman baş verir.