Bakı Amerika Mərkəzində "Yaradıcılıq Məkanının" açılışı olub.
Bu barədə Amerika səfirliyi Facebook səhifəsində məlumat yayıb.
“Bu məkan ictimaiyyəti texnologiya, istehsal avadanlığı və təhsil imkanları ilə təmin edən bir elmi laboratoriyadır. Yaradıcılıq Məkanı məktəblilər, elm, texnologiya, mühəndis və riyaziyyatçı tələbələr üçün böyük innovasiya platformudur. Biz 3D printerləri, 3D skanerləri, modelləşdirmə, robot və 3D qələminin istifadəsi üzrə seminarlar təşkil etməyi planlaşdırırıq”, məlumatda qeyd edilir.
Bakı Amerika Mərkəzi Azərbaycan Dillər Universitetində (134 R. Behbudov küçəsi, 1-ci mərtəbə) yerləşir.