Yaponya nüvə stansiyalarını yenidən bərpa edir

Yaponiya enerji şirkəti 2011-ci ildə baş verən Fukişima fəlakətindən sonra yeni təhlükəsizlik nizamlamasına uyğun olaraq nüvə reaktorunu yenidən bərpa edib.

Kyuşi Elektrik Enerji şirkətindən bildiriblər ki, onlar cümə günənədək Senday obyektindəki reaktordan enerji əldə edəcəklər.

Yaponiyanın nüvə obyektləri təhlükəsizlik səbəblərinə görə, iki ildir ki bağlanmışdı. Hökumət 2030-cu ilədək ölkənin elektrik tələbatının 20 faizini ödəyəcək nüvə enerji stansiyalarını bərpa etmək istəyir. Lakin nüvə stansiyaları bağlı olduqları müddətdə fossil yanacağı idxal etmək məcburiyyətindədir.

Yaponiya ictimaiyyətinin çoxu nüvə reaktorlarının yenidən fəalliyətə gətirilməsinə qarşı çıxır.

Yüzlərlə etirazçı Sendai nüvə stansiyasının qarşısında toplaşaraq narazılıqlarını bildirib. Fukişima fəlakəti zamanı baş nazir olmuş Naoto Kan həmçinin etirazçılar arasındadır.

Fukişima fəlakəti güclü zəlzələ nəticəsində meydana gəlmişdi və nüvə stansiyalarını sıradan çıxarmışdı. Fəlakət nəticəsində 100 mindən çox insan evlərindən evakuasiya edilmişdi.