Bu addım daha radioaktiv suyun anbara yığılması məqsədi ilə atılır
Yaponiyanın təhlükəli atom elektrik stansiyasını idarəçiləri deyir ki, daha radioaktiv suyun anbara yığılması üçün anbardan 10 min tondan çox su okeana boşaldılacaq.
Kabinet katibi Yukio Edano bu gün mətbuat konfransında bu planı təsdiq edərək belə bir addım təhlükəsizliyi təmin etmək üçün qaçılmazdır.
Rəsmilər Fukuşuma stansiyası yaxınlığındakı suyun tərkibində limit səviyyəsindən minlərlə dəfə artıq radioaktivlik qeydə alıblar. Şənbə günündən bəri sızmanın qarşısının alınması səyləri fayda verməyib. Bu gün enerji şirkəti sızmanın qarşısını almaq ümidi ilə suya rəngli maye qatmağa başlayıb.