Yaponiya zəlzələsindən bir il keçir

  • Amerikanın səsi

Yaponiya dünyanın ən dəhşətli nüvə böhranına yol açan zəlzələnin ildönümünü qeyd edib. Fəlakətin fəsadlarından hələ də qurtarmayan Yaponiyada bu münasibətlə anım mərasimləri təşkil edilib. Fəlakətin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İmperator Akihito milyonlarla mərasim iştirakçılarına başçılıq edib.

Yaponiyanın baş naziri Yoşihiko Noda itirilən 20 min həyat və fəlakətdən sonra o ölkəyə verilən dəstəyin heç vaxt unudulmayacağını deyib.

Tokio və digər şəhərlədə təşkil ediləcək mərasimlərə yerli vaxtla 14:46-da fasilə verilib.

Tokionun Elektrik Enerjisi şirkəti qarşısında nüvə əleyhinə etiraz aksiyası təşkil edilib. Nümayişçilər nüvə obyektlərinin bağlanmasını tələb edib.

Hadisədən bir il keçməsinə baxmayaraq, zəlzələyə məruz qaln bölgələrin əhalisinin çox hissəsi hələ də sığınacaqlarda yaşayır. Bu bölgələr dağıntılardan təmizlənsə də, yenidənqurma işləri illərlə davam edəcək.

.