Yaponiyada vulkan püskürməsi baş verib

Yaponiyanın cənubunda yerləşən vulkan son 250 ildə ilk dəfə püskürüb. Rəsmilər dağın ətrafına heç kəsin yaxınlaşmasına icazə vermir.

İo dağı 1768-ci ildən bəri ilk dəfə cümə axşamı havaya tüstü və kül püskürüb.

Püskürmələr cümə bir az azalıb, lakin rəsmilər yaxınlıqdakı şəhərlərin sakinlərinə vulkan qayalarının və külün töküləməyə davam edəcəyinə dair xəbərdarlıq edib.

Vulkan Yaponiyanın cənubunda yerləşən Kyuşu adasındakı Kirişima dağ silsiləsinin bir parçasıdır. Həmin ərazi Tokiodan 1000 kilometr uzaqlıda yerləşir.

Yaxınlıqda yerləşən bir digər vulkan da son yeddi ildə ilk dəfə mart ayında püskürmüşdü.

Yaponiya “Alov Halqası” adlanan fay xətti üzərində yerləşir. Orada 110 vulkan var.