Yaponiyanın paytaxtı Tokiodan 80 km-lik məsafədə yerləşən Sassaqo tunnelinin çökməsi nəticəsində 3 adam həlak olub.
Polisin bildirdiyinə görə, itkin düşənlər olduğu üçün hadisə qurbanlarının sayı arta bilər.
Yanğınsöndürənlər tunnelin uçması ilə yaranan yanğının söndürülməsinə 3 saat vaxt sərf edib.
Axtarış əməliiyatı daha bir qəzanın baş verəcəyindən ehtiyat edilərək dayandırılıb.
2 nəfər xəstəxanaya yerləşdirilib.