İki yaponiyalı kabinet naziri mübahisəli müharibə ziyarətgahına səfər edib

Çin, Cənubi Koreya və Şimali Koreya daim yapon rəsmilərinin Yasukuni məbədinə ziyarətini təhqir hesab edir
Yaponiyada İki kabinet nazirinin mübahisəli müharibə abidəsinə ziyarət etməsinin Çin və Cənubi Koreya tərəfindən hiddətlə qarşılanacağı gözlənilir.

Yaponiyanın nəqliyyat naziri Yuiçiro Hata və Poçt işləri naziri Mikio Şimoji bu gün Tokioda müharibə cinayətkarı hesab edilən 14 nəfərin də daxil olduğu 2.5 milyon müharibə şəhidinin şərəfinə ucaldılmış Yasukuni məbədində parlamentin onlarla üzvünə qoşulub.

Hata rəsmi şəxslərin məbədə ziyarətini qadağan edən hökumət qanununa riayət etdiyini və abidəni fərdi şəxs kimi ziyarət etdiyini bildirib.

Çin, Cənubi Koreya və Şimali Koreya daim Yaponiya rəsmilərinin Yasukuni məbədinə ziyarətini təhqir hesab edir.

Bir çoxları Yaponiyanın keçmişinə görə məsuliyyəti üzərinə götürmədiyini düşünür.