İkinci Dünya Müharibəsinin başlanmasından bir neçə il əvvəli təsvir edən Yapon imperatoru Hirohito-nun memuarı Nasist Almaniyası və Yapon imperiyası tərəfindən zülmlərin törədildiyini inkar etdiyinə görə tənqid edilən kosmetik cərrah tərəfindən alınıb.
Katsuya Takasu əlyazma sənədi çərşənbə günü Nyu-York şəhərində Bonham hərracda 275 min dollara alıb.
Takasu deyir ki, o bu tarixi sənədi onun Yaponiyada qalması məqsədilə alıb.
İmperatorun Monoloqu adı ilə tanınan əlyazma hərraca çıxarılmazdan əvvəl imperatorun qeydlərini yığan Hirohitonun Hidenari Terasaki adlı köməkçisinin qızı tərəfindən qorunub saxlanılıb.