Yaponiya imperatoru taxtdan düşür

Yaponiya hökümətinin verdiyi məlumatat görə, imperator Akihito 2019-cu ilin aprelin 30-da taxtdan düşəcək.

Onu böyük oğlu, vəliəhd Naruhito əvəzləyəcək.

İmperiya Saray Şurası bu tarix üzərində cümə günü qərar verib.

Ötən il imperator yaşlandığı və zəiflədiyi üçün vəzifələrini yerinə bilmədiyini demişdi.

“Mən səhhətimin getdikcə pisləşdiyini gördükcə, narahat oluram ki, indiyədək etdiyim kimi vəzifələrimi yerinə yetirmək mənim üçün çətinləşir,” deyə Akihito 2016-cı ildə nadir televiziya çıxışlarından birində söyləyib.

Son illərdə imperatorun ürəyi əməliyyat olunub, bronxit xəstəliyinə yoluxub və prostat xərçəngindən müalicə olunub.

Bu ilin əvvəli onun taxtdan düşməsinə icazə verən qanun təsdiq olunmuşdu, lakin bu tarixi müəyyən etmək öhdəliyi baş nazir Şinzo Abenin başçılıq etdiyi İmperiya Saray Şurasına həvalə edilmişdi.