Yaponiyada rekord istilər [Video]

Your browser doesn’t support HTML5

Yaponiyanın paytaxtı Tokiodan 70 km. şimalda yerləşən Kumaqaya şəhərində havanın temperature müsbət 41.1 drəcəyə çatıb. Şimalda Hokkaydo adası istisna olmaqla, Yaponiyada bu ilin yay fəslində temperatur başqa illərlə müqayisədə azı 10 dərəcə yüksəkdir.

İnsanlar sərinlətmək üçün Yokohama küçəsinin səkisinə su səpir. Bu, səpələnən yağış suyu temperaturu cəmi 2 dərəcə aşağı salır, lakin gəzmək bir az asanlaşır. Yokohama sakini Kuniali İzumida: "Günəş şüaları çox güclüdür, buna görə də səkilərdə gəzmək çox çətin olur.”

Kumaqaya şəhərində isti hava şəraiti 1896-cı ildən bəri Yaponiyada rekord yüksək temperatur olaraq qeydə alınıb. Küçəyə çıxan insanlar susuz qalmamağa çalışır. Rikşa sürücüsü Hirotsuqu Yamada: “Biz nə yediyimiz, içdiyimizə diqqət etməliyik, amma çalışırıq. Duz yalamaq kömək edir.”

Keçən bazar ertəsi Tokioda temperatur ilk dəfə Selsi ilə 40 dərəcəyə yüksəldi. Bir çox şirkət işçilərinə evdən işləməyə icazə verdi. "İnfoteria Enterprise" şirkətindən Hitoşi Naqasava: “Onlar belə istidə işə gələ bilməzlər. Biz gündəlik işləri video ilə bağlanaraq görə bilərik, bu onların sağlamlığı üçün daha yaxşıdır.”

Yaponiya 2020-ci ildə Olimpiya Oyunlarına hazırlaşır. Rəsmilər istiliklə mübarizə aparmağa hazırlaşır. Tokionun qubernatoru müxbirlərə deyib ki, oyunların müvəffəqiyyətlə keçməsi ölkənin istilərin təsirini nəzarətdə saxlamaq qabiliyyətindən asılı olacaq. Tokionun qubernatoru Yuriko Koike: "Əks-tədbir olaraq biz havaya nano hissəsiklərinin tətbiq edilməsilə maye səpilməsi kimi texnologiya inkişaf etdirmişik.”

Bu ölçülərə yol ortüklərinin izolyasiyası da daxildir. “Asfaltdakı istiliyin blok edilməsi texnologiyası isə yerin temperaturunun Selsi ilə 8 dərəcə daha sərin saxlanmasına imkan verir.” deyə, qubernator bildirir.

Bu həftə davam edən isti hava şətaiti səbəbindən 12 min insan xəstəxanalara müraciət etməli olub. Rəsmilər sakinləri mümkün qədər istidən qorunmağa çağırır. İsiti hava şəraitinin iyulun sonunadək davam edəcəyi gözlənilir.