Yaponiya və Çin arasında Sakit okeanda adalarla bağlı mübahisə davam edir

2015年12月18日,中国互联网信息办公室主任、主管中国互联网审查的中宣部原副部长鲁炜在乌镇举行的世界互联网大会上讲话。

Çin Yaponiyanın Çin gəmisinin hər iki ölkənin iddia etdiyi adalara yaxınlaşması ilə bağlı etirazından bir neçə saat sonra Tokionun verdiyi xəbərdarlığı rədd edib.

Yaponiyanın müdafiə nazirliyi bildirib ki, Çin gəmisinin Kuba adasından şimal-qərbdəki nəzarət zonasına daxil olduğu qeydə alınıb. Bu ada Yaponiyanın Senkaku, Çinin isə Diaoyu adlandırdığı adalar qrupunun bir hissəsidir.

Yaponiyanın nazirlər kabinetinin katibi Yoişide Suqa Tokioda müxbirlərə bildirib ki, Yaponiya Senkaku adalarını bütün vasitələrə müdafiə edəcək. O, Çini birtərəfli qaydada gərginlikləri artırdığına görə tənqid edib.

Çinin müdafiə nazirliyi gəmilərin sularda üzmək hüququ olduğunu bildirib.

Yaponiya rəsmiləri Baş nazir Şinzo Abenin hökumətə insidentlə bağlı Birləşmiş Ştatlar və başqa ölkələrlə koordinasiya edilməsi haqda göstəriş verdiyini bildiriblər.

Çin və Tayvanın bu məskunlaşmamış adalarla bağlı iddiaları var, lakin onlar Yaponiyanın nəzarətindədir.

Potensial neft və qaz yataqlarına yaxın yerləşən adalar gəmçilik və balıqçılıq üçün strateji əhəmiyyətə malikdir.